Yerin dərinliklərində nəhəng dağlar aşkar edildi

Texnologiya 16 Fevral 2019 00:03 Oxunub 2051
Yerin dərinliklərində nəhəng dağlar aşkar edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeraltı dağlar yerüstü dağlardan daha hündürdür

Boliviyadakı güclü zəlzələ alimlərə Yerin yuxarı və aşağı mantiya qatları arasındakı sərhədin strukturunu tədqiq etməyə imkan yaradıb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, bu sərhəd nəhəng dağ zirvələri və dərin yarğanlarla əhatəlidir. Nəticələr “Science” jurnalında dərc edilib. Çinli alim Zvenbo Vu deyib: “Mantiya qatları arasındakı sərhəd planetin səthindən daha sərtdir. Yeraltı dağlar yerüstü dağlardan daha hündürdür. Biz onların dəqiq hündürlüyünü hesablaya bilməmişik amma görünür ki, Yerdəki istənilən zirvədən hündürdürlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh