Yol polisi piyadalara qarşı növbəti maarifləndirici reyd keçirib - FOTO

Yol polisi 15 Fevral 2019 21:18 Oxunub 3951
Yol polisi piyadalara qarşı növbəti maarifləndirici reyd keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məqsəd vətəndaşları piyada keçidlərindən istifadə etməyə sövq etməkdir

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirci tədbir keçirib. Tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar saxlanılıb, onlara hüquq və vəzifələri izah olunub, yol hərəkəti təhlükəsizliyi ilə bağlı əməl etməli olduqları qaydalar izah olunub. Bakının “20 yanvar”, “İnşaatçılar” metrostansiyalarının ətrafında, eləcə də “Şamaxinka” kimi tanınan ərazidə keçirilən tədbirlər nəticəsində 50-dən artıq piyada yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Onlara piyada keçidindən istifadə etməyin vacibliyi izah olunub. Bəziləri barəsində isə inzibati protokol tərtib edilib. Əksər piyadalar qayda pozmalarını keçidlərin olması barədə nişanları tanımamaları ilə, eləcə də rayondan gəldikləri üçün bu qaydalardan xəbərsiz olduqlarını deməklə məsuliyyətdən yayınmağa çalışıblar. Amma hər bir halda yol patrul xidməti əməkdaşları onlara öz hüquq və vəzifələrini izah edib piyada kimi üzərilərinə düşən məsuliyyət diqqətə çatdırılıb.

Tədbirlər zamanı xüsusən yaşlı insanların bu cür qayda pozuntusuna yol verməsi müşahidə olunub. Eyni zamanda piyadaların daha çox “20 yanvar” dairəsindəki körpünün altında qayda pozmaları diqqət çəkib. Buda piyadaların özlərinin də etiraf etdiyi kimi taksidən məhz həmin ərazidə düşmələri ilə bağlıdır.

Belə ki, Bakı-Sumqayıt, Masazır və digər qəsəbələr marşrutu üzrə hərəkət edən taksilər sərnişinləri şəhərə gətirərkən məhz körpünün altında saxlayıb onları elə oradaca düşürürlər. Nəticədə sərnişinlər yolu keçmək üçün təhlükə ilə üzləşirlər. Yol polisi əməkdaşları bildirib ki, gün ərzində yüzlərlə belə sürücüyə xəbərdarlıq olmasına baxmayaraq yenə də sərnişinləri körpünün altında təhlükəli ərazidə düşürüb qaçırlar. Daha bir problem “Şamaxinka” dairəsi ərazisində müşahidə edilib. Belə ki həmin ərazidə işıqforla nizamlanan piyada keçidi olmasına baxmayaraq əksər piyadalar işıqforun qırmızı işığının tələbinə əhəmiyyət verməyərək nəqliyyat vasitələrinin qarşısında çıxırlar və hərəkətə mane olaraq təhlükə yaratmaqla yanaşı, eyni zamanda sıxlığında yaranmasına səbəb olurlar.

Bakı Şəhər DYP-nin İctimai Əlaqələr bölməsinin baş inspektoru polis polkovnik-leytenantı Rasim Abdullayev bildirib ki, bu cür tədbirlərin keçirilməsi DYP-nin rəhbərliyinin göstərişindən irəli gəlir. Belə ki, son illər baş verən yol nəqliyyat hadisələrində piyada vurmalarının sayı artır bu da DYP-ni narahat edir. Bu cür maarifləndirici tədbirlər, məhz piyada vurmaların qarşısını almaq, vsəd . Bu cür tədbirlər mütəmadi olaraq digər ərazilərdə də keçiriləcək.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh