Bakıda polis rəisi qanunsuz yol nişanı quraşdırıb - FOTO

Avtosfer Foto 15 Fevral 2019 21:29 Oxunub 4240
Bakıda polis rəisi qanunsuz yol nişanı quraşdırıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazini zəbt edərək “parkovşik” də təyin edib

Bu gün Avtosfer.az-ın əməkdaşı “Şamaxinka” kimi tanınan ərazidə qanunsuz yol nişanının quraşdırılmasının şahidi olub. Belə ki, ərazidə “Tantuni köz dönər” kimi tanınan obyektin sahibi “parkinq” nişanı quraşdırıb. Araşdırma zamanı məlum olub ki, o, dəfələrlə müraciət etsə də həmin ərazidə “parkinq” nişanının quraşdırılması məqbul hesab edilməyib.

Lakin obyektin sahibi qanunsuz olaraq öz reklamı da əks edilməklə həmin ərazidə nişan quraşdıraraq ərazini zəbt edib. Həmçinin əraziyə nəzarətçi təyin edərək orada ancaq tantuni yeməyə gələnlərin park etməsinə icazə verirlər.

Araşdırma zamanı o da məlum olub ki, obyektin sahibi keçmiş polis rəislərindən biridir.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh