"Ford" şirkəti «ağıllı» döşək yaradıb - VİDEO

Maraqlı 16 Fevral 2019 11:38 Oxunub 1651
 "Ford" şirkəti «ağıllı» döşək yaradıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sevgililərin arasında qalmaqalın yaranmaması üçün

Avtomobil istehsalçıları təkcə avtomobillərin buraxılışı və yeni mühərriklər üzərində düşünmürlər. Onlar nəqliyyatdan daha uzaq olan məsslələr üzərində də çalışa bilərlər. Məsələn, Ford cütlüklərin birlikdə necə yatdıqlarına diqqət yetirib.

Bu problem bir çox cütlüklərə tanışdır - partnyorların biri yuxuda çarpayının mərkəzini «qəsb» etməyə başlayaraq digərini kənara tərəf sıxışdırır. Kiminsə bu xoşuna gəlmir, kimsə artıq bununla barışıb, lakin bu vəziyyət çoxlarını qıcıqlandırır.  Sevgililərin arasında qalmaqalın yaranmaması üçün Ford şirkəti «ağıllı» döşək yaradıb. Bu döşək avtomobil kimi hərəkət edə bilər.

Pilotsuz avtomobillərin yaradılması zamanı əldə olunmuş təcrübədən istifadə edən mühəndislər insan bədənlərinin vəziyyətini izləyən çarpayı yaradıblar. Əgər partnyorlardan biri yuxuda digərini sıxışdırmağa başlayarsa döşək hərəkətə keçir. Bunun necə baş verdiyinə isə, aşağıdakı video çarxda tamaşa etmək olar. (Autograph)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh