Yeni nəsil "Land Rover Defender" - FOTO

Avtodünya 16 Fevral 2019 10:43 Oxunub 1663
Yeni nəsil "Land Rover Defender"  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Modelinin prototiplərini aktiv şəkildə sınaqlardan keçirir

Bu gün İnternet şəbəkəsində yeni nəsil Land Rover Defender modelinin ön panelinin şəkli peyda olub. Ofrouder tamamilə yeni ön panel arxitekturasına malik olub. Modelin təchizatına rəqəmsal cihazlar paneli və proyeksiya displeyi də daxil edilib. Təsvirdə transmissiyanın qeydolunmayan elektron selektorunu , iki yumru formalı düyməni, səs düyməsini və məlumat-əyləncə mərkəzinin displeyini görmək olar.

 

Hazırda Land Rover yeni Defender modelinin prototiplərini aktiv şəkildə sınaqlardan keçirir. Sınaqlar Böyük Britaniya ilə yanaşı Şimali Amerika meşələrində də keçirilir. Yeni ofrouderin istehsalı ilə Jaguar Land Rover alyansının Nitre (Slovakiya) şəhərindəki zavodu məşğul olacaqdır. Avtomobil 2020-ci ildə debüt etməlidir - gələn il britaniya markası 70 illik yubileyini qeyd edəcəkdir. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh