Yol polisləri yolda qalan avtomobili təmir etdi - VİDEO

Yol polisi 16 Fevral 2019 17:12 Oxunub 1721
Yol polisləri yolda qalan avtomobili təmir etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü YPX əməkdaşlarına təşəkkürünü bildirib

Həmid Rüstəmov adlı oxucumuz Avtosfer.az saytına Cəlilabad rayonu ərazisində, 99 YP 576 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan Rauf və İlham adlı əməkdaşlar bərədə məlumat verib. Vətəndaş deyir ki, özünə məxsus VAZ 21 06 markalı avtomobil ilə hərəkət edərkən Cəlilabad rayonu ərazisində maşın xarab olub. Yolda qalan sürücünün köməyinə YPX əməkdaşı çatıb.

Onlar avtomobili təmir etməkdə sürücüyə kömək edirlər. Avtomobilin benzin nasosu xarab olunmuş. YPX əməkdaşı avtomobili müvəqqəti təmir edib və onu işlək vəziyyətə salmaq üçün itələyiblər. Sürücü vətəndaşlardan birinin çəkdiyi görüntüləri də təqdim edib.

Həmçinin YPX əməkdaşlarına təşəkkürünü bildirib.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh