BNA-nın operatoru vətəndaşı bu cür təəccübləndirdi

Xəbərlər 17 Fevral 2019 08:40 Oxunub 2349
BNA-nın operatoru vətəndaşı bu cür təəccübləndirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BNA rəhbərliyinə təşəkkür edirəm"

Bakı Nəqliyyat Agentliyinin qaynar xətt xidmətindən istifadə edən gənc tələbə Təhminə, öz təəssüratını bizimlə bölüşüb. O, Avtosfer.az-a bildirib ki, qaynar xətdə xidmət aparan operator xanım müraciəti çox aydın şəkildə cavablandıraraq onun mənzil başına çatmasının rahat yolunu izah edib. Gənc xanımın redaksiyamıza verdiyi məlumatı olduğu kimi sizə çatdırırıq:

"Gənclik metrosunun yanından Heydər Əliyev prospektində yerləşən Qafqaz Biznes Center-ə getmək istəyirdim. Lakin həmin yerə hansı marşrutun getdiyini bilmirdim. Zəng etdim BNA-ya və operatorun cavabı məni çox təəccübləndirdi. Operator xanım mənə bildirdi ki, “Gənclik metrosundan Qafqaz Business Center-ə 38 nömrəli avtobusla gedə bilərsiniz, amma bu halda  piyada 1 km yol getməli olacaqsınız. Məsləhət görərdik ki, Koroğlu metro stansiyasının piramida çıxışından çıxıb 1 nömrəli avtobusla gedəsiniz, bu halda piyada 100 metr məsafə qət etməklə təyinat nöqtəsinə çatacaqsınız. Operatorun bu cür diqqətinə və dəqiq xidmətinə görə BNA-nın rəhbərliyinə, o cümlədən bütün heyyətə dərin təşəkkürümü bildirirəm".

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh