Azərbaycanda gəncdən iyrənc ƏMƏL - Əmisinin...

Maraqlı 17 Fevral 2019 22:14 Oxunub 1138
Azərbaycanda gəncdən iyrənc ƏMƏL - Əmisinin...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir

Abşeronda öz əmisinin evindən oğurluq edən şəxs saxlanılıb. Həmin gəncin narkotik maddə aludəçisi olduğu bildirilir.

 

Avtosfer.az.Az xezerxeber.az-a istinadən bildirir ki, gənc oğlan, öz əmisinin evindən oğurluq edib. Hadisə Abşeronda,Novxanı kəndində baş verib.

 

Rayon Polis idarəsinə Novxanı kəndində bir mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə baxış keçirilib və əməliyyat istintaq tədbirlərinə başlanılıb.

 

Çox keçmədən baş vermiş hadisənin üstü açılıb. Polis əməkşarı öz əmisinin evindən 8 min manatlıq qızıl zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşman olduğunu və bu hadisəninarkotik maddə aludəçisi olduğu üçün törətdiyinietiraf edib.

 

Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə satdığını bildirib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh