Avtomobil aşdı: xəsarət alan var - Kürdəmirdə

Qəzalar 18 Fevral 2019 10:01 Oxunub 801
Avtomobil aşdı: xəsarət alan var - Kürdəmirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 167 km-də, rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tovuz sakini, 1972-ci il təvəllüdlü Azad Cahangir oğlu İsmayılov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomaşın yol kənarındakı dərəyə yuvarlanıb. Nəticədə A.İsmayılov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh