Yol polisindən hava xəbərdarlığı – DİQQƏTLİ OLUN

Yol polisi 18 Fevral 2019 16:18 Oxunub 2984
Yol polisindən hava xəbərdarlığı – DİQQƏTLİ OLUN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçin”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. DİN Baş Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. İdarədən Avtosfer.az-a bildirilib ki, yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə alaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı və qəfil manevrlər, eləcə də kəskin tormazlama etməmələridirlər.

DYP onu da bildirir ki, sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində qarlı-buzlu yollarda avtomobil idarə etmələri onların özləri, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yarada bilər. Bunu nəzərə alaraq yol polisi həmin sürücülərə belə hava şəraitində sükan arxasına əyləşməməyi tövsiyə edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh