Məşhur yarış zamanı 18 avtomobil toqquşub

Qəzalar 18 Fevral 2019 16:37 Oxunub 2084
Məşhur yarış zamanı 18 avtomobil toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən heç biri xəsarət almayıb

"Monster Energy NASCAR Cup — Daytona 500" seriyalı yarış zamanı 18 avtomobil qəzaya düşüb.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, maşınlar sıx qrupla hərəkət etdikləri vaxt onlardan 2-si - "Ford" və "Toyota" toqquşub. Bu səbəbdən, trekdə kütləvi qəza yaşanıb. Qəzada ümumilikdə 18 pilot iştirak edib. Çoxsaylı toqquşmalarla əlaqədar trasda qığılcım və tüstülənmələr olub.  Sürücülərdən heç biri xəsarət almayıb. Yarış bir müddətlik dayandırılıb və sonra davam etdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh