Bakıda avtomobil 55 yaşlı piyadanı vurdu

Qəzalar 18 Fevral 2019 19:08 Oxunub 844
Bakıda avtomobil 55 yaşlı piyadanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun sağ diz qapağı sındığından dərhal ayağı gipsə qoyulub

Bakıda avtomobil yaşlı kişini vurub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. 1964-cü il təvəllüdlü Canıyev Elşən Züfüqar oğlu "Hyundai" markalı avtomobil tərəfindən vurulub.

Ətrafdakı şəxslərin və yol polisi əməkdaşlarının köməyi ilə hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Müxtəlif xəsarətlər alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E.Canıyev saat 16:00 radələrində xəstəxanaya gətirilib. Onun sağ diz qapağı sındığından dərhal ayağı gipsə qoyulub. Vəziyyəti yaxşılaşan şəxs evdə müalicə almaq istədiyindən ambulator yola salınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh