Yol polisi Oğuz və Şəkinin kəndlərində sakinlərlə görüşüb - VİDEO

Yol polisi 18 Fevral 2019 19:40 Oxunub 2254
Yol polisi Oğuz və Şəkinin kəndlərində sakinlərlə görüşüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti qaydaları haqqında maarifləndirici söhbətlər aparılıb

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımı Oğuz və Şəki rayonlarında magistral yolların üzərində yerləşən kəndlərdə sakinlərlə maarifləndirici görüşlər keçirir.

Avtosfer.az xəbər verir ki, YPX Alayının 5-ci tağımının komandiri, polis kapitanı Əli Quliyev və tağımın baş inspektoru polis kapitanı Ramin Soltanovun iştirakı ilə keçirilən görüşlərdə kənd sakinləri ilə bir neçə məsələ barəsində söhbətlər aparılıb. 


Kənd təsərrüfatı texnikasının saz vəziyyətdə idarə edilməsi, işıq sistemlərinin qaydasında olmasının əhəmiyyəti vurğulanıb. Həmçinin sutkanın qaranlıq saatlarında yolu keçərkən diqqəti olmaq, piyada keçidlərindən istifadə etmək qeyd olunub.


YPX əməkdaşları kənd sakinlərini mal qaranı ötürən zaman qaydalara əməl etməyə, nəzarətsiz qoymamağa çağırıblar. Bildirilib ki, xüsusilə sutkanın qaranlıq saatlarında buna diqqət olunmalıdır. 
Yol kənarındakı məktəblərdə şagirdlərin dərsdən çıxan zaman yolu keçməsinə müəllimlər və valideynlər tərəfindən nəzarət olunması bildirilib. 
Bütün bunların yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün önəmli olduğu deyilib. Bu cür maarifləndirmə işlərinin davam etdiriləcəyi vurğulanıb.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh