Yaponiya leysan və qasırğanın proqnozlaşdırılması texnologiyasını sınaqdan keçirəcək

Texnologiya 18 Fevral 2019 22:04 Oxunub 1510
Yaponiya leysan və qasırğanın proqnozlaşdırılması texnologiyasını sınaqdan keçirəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sözügedən sistemin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır

Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək. Sistem su buxarından yaranan və proqnozlaşdırılması kifayət qədər çətin olan leysan yağışlarının başlanması barədə öncədən xəbər verəcək. Məsələn, mövcud meteoroloji sistemlər bu işin öhdəsindən gəlmir.

Yaponiyanın Milli İnformasiya-Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) dövlət və özəl şirkətlərlə birgə sözügedən sistemin hazırlanması ilə məşğuldur. Sözügedən sistemin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh