Alimlərdən yeni kəşf - VİDEO

Texnologiya 19 Fevral 2019 23:44 Oxunub 1384
Alimlərdən yeni kəşf - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hələ prototip mərhələsindəyik. Bunlar bizim buz üzərindəki ilk addımlarımızdı”

İsveçəli alimlər robot texnologiyasında yeni cığır açıblar. Yeni yaradılan prototip robot idmançılarla birlikdə buz meydançasına çıxıb hokkey oynayıb. Son illər texnologiya inkişaf edir. Alimlər qaçan, dırmaşan, tullanan və qapı açan robotlar icad ediblər. İndi də hokkey oynayan robotlar yaradılıb.Sürix Federal Texnologiya institutunun alimlərinin üzərində işlədiyi robot Davosdakı buz hokkey oyunçusunun iştirakı ilə nümayiş edilib. 3 ölçülü printerlə istehsal edilən robot bir çox insanın üzərində durmaqda çətinlik çəkdiyi buz üzərində bacarıqlarını nümayiş etdirib. Robotu icad edən professor Setelian Koros deyib: "Hələ prototip mərhələsindəyik. Bunlar bizim buz üzərindəki ilk addımlarımızdı. Hələ çox işimiz var".

Növbəti mərhələlərdə robotun axtarma və xilasetmə işlərinə cəlb edilməsi hədəflənib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh