İspaniyada 6 min illik tarixi olan it qəbiristanlığı aşkarlanıb

Gündəm 19 Fevral 2019 23:35 Oxunub 756
İspaniyada 6 min illik tarixi olan it qəbiristanlığı aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İtlərin hamısının 1-18 aylıq olması onların dini ayinlər zamanı qurban kəsilmələri ehtimalını gücləndirir

Barselona Universitetinin alimləri İspaniyanın şimal-şərqində kütləvi it qəbiristanlığı aşkarlayıblar. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, qəbiristanlığın yaşının 6 min ildən çox olduğu bildirilib. Əsas versiyaya görə, itlər qurban kəsilərək sahiblərinin yaxınlığında basdırılıb. Alimlər itlərin dəfn olunan insanlarla eyni qidadan istifadə etdiklərini aşkarladıqdan sonra bu qənaətə gəliblər. Bundan başqa, itlərin hamısının 1-18 aylıq olması onların dini ayinlər zamanı qurban kəsilmələri ehtimalını gücləndirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh