İnəklərlə toqquşan sürət qatarı xarab oldu - Açılışdan 1 gün sonra

Gündəm 19 Fevral 2019 23:23 Oxunub 733
İnəklərlə toqquşan sürət qatarı xarab oldu - Açılışdan 1 gün sonra
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəsmilər isə bununla razılaşmır və öz versiyalarında təkid edirlər

Hindistanda yeni sürət qatarı istismara verildikdən bir gün sonra inək sürüsü ilə toqquşduğundan qəzaya düşüb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni sürət qatarı baş nazir Narendra Modinin iştirakı ilə xüsusi mərasimlə paytaxt Dehlidən yola düşüb. Bir gün sonra isə geri qayıdan qatarın qarşısına inək sürüsünün çıxdığı, elektrik və əyləc sisteminin qırıldığı iddia edilir. Ancaq qatara baxış zamanı hər hansı heyvan sürüsü ilə toqquşma halı qeydə alınmayıb.

Rəsmilər isə bununla razılaşmır və öz versiyalarında təkid edirlər.

Qeyd edək ki, toqquşma zamanı qatarın son dörd vaqonunda tüstülənmə olduğundan sərnişinlər digər qatara köçürülüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh