Bakıda körpünün üstündə qorxunc anlar yaşandı - FOTO

Avtosfer Foto 19 Fevral 2019 10:00 Oxunub 1976
Bakıda körpünün üstündə qorxunc anlar yaşandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu ehtimal edilir

Bu gün səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Asif Məhərrəmov və Alı Mustafayev küçələrini birləşdirən körpüdə "Ford Transit" markalı kiçiktutumlu yük maşını sürücünün idarəetməsindən çıxaraq qəzaya uğrayıb. Körpünün kənarındakı metal məhəccərlərə çırpılan avtomobil xoşbəxtlikdən körpünün alt hissəsindəki dairədə hərəkət edən digər nəqliyyat vasitələrinin üstünə düşməyib. Əraziyə polis əməkdaşları gəlib.

Qəzaya yağıntılı hava şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu ehtimal edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh