Texniki baxışdan keçmək tarixini öyrənmək istəyənlər – Bu nömrəyə zəng edin

Yazarlar 19 Fevral 2019 11:11 Oxunub 107504
Texniki baxışdan keçmək tarixini öyrənmək istəyənlər – Bu nömrəyə zəng edin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texniki baxışdan keçmə müddətini öyrənmək üçün daha asan yollar tapmaq olar

Bu ildən etibarən nəqliyyat vasitələrinə texniki baxış qaydaları dəyişib. Belə ki, əvvəllər bu proses müəyyən qrafik üzrə bu həyata keçirilirdi. May ayına qədər Rusiya və MDB istehsalı olan avtomobillər, avqusta qədər xarici avtomobillər, oktyabr ayına qədər isə yük maşınları texniki baxışdan keçirdi. Hazırda bu mərhələlərin hamısı ləğv edilib. Belə ki, yanvarın 19-da Daxili İşlər Nazirliyinin Kollegiyası bu qaydalara dəyişiklik etdi. Həmçinin, bu yeniliklər “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapır. Yenilik ondan ibarətdir ki, bütün nəqliyyat vasitələri hətta texniki baxımdan nasaz vəziyyətdə olsa belə texniki baxışdan keçməlidir. Sadəcə texniki baxışdan keçərkən həmin nasazlıqlar mərkəzi məlumat sisteminə informasiya şəklində yerləşdirilir və sürücüyə elektron talon verilir. Sürücüyə təqdim olunan siyahıda nöqsanlar qeyd olunur. Sürücü bu nasazlıqları  növbəti texniki baxış dövrünə qədər aradan qaldırmalıdır. Əgər həmin sürücü gələn il texniki baxışa gələrkən qeyd olunan nasazlıqları aradan qaldırmasa artıq həmin nəqliyyat vasitələri texniki baxışdan keçirilməyəcək. Bundan imtina etməyə yol polisinin tam səlahiyyəti olacaq. Odur ki, sürücülər bunu nəzərə almalıdır. Bu, həm də ona yönəlib ki, nasaz avtomobillər yavaş-yavaş dövriyyədən çıxsın. Çünki texniki cəhətdən nasaz avtomobillər yollarımızda çoxdur. Bu da böyük problemlər yaradır, ağır yol qəzaları onların iştirakı ilə baş verir. 
Sürücülərin məlumatlandırılması məsələsi isə arzuolunan səviyyədə deyil. Onlar bu məsələdə çaş-baş qalıb. Heç bir yerdən dəqiq məlumat ala bilmirlər. Yalnız DYP-nin 902 xidmətinə zəng etməklə avtomobil haqqında məlumatları deyib informasiya ala bilərlər. Amma bu da əlverişli deyil. Lakin bunun daha əlverişli forması olmaldır. Məsələn, “SMSradar” xidməti var. Onlar öz işlərini elə qurublar ki, sürücüyə sığorta, radar, cərimələr barədə, eləcə də texniki baxışa 1 ay qalmış məlumat göndərirlər. Amma bu, pullu xidmətdir. Ayda 1 manat balansdan pul tutulur. Ancaq bunu dövlət orqanları da qura bilərlər.
Məsələn, ASAN xidmət və Daxili İşlər Nazirliyi bunu hansısa bir formada birlikdə həll edə bilər. Yəni, sürücüyə bir SMS məlumat xidməti yarada bilərlər. Mobil operatorlarla bu barədə danışmaq olar. Mərkəzi bir sistem yaratmaq mümkündür. Hazırda icbari sığorta ilə bağlı məlumat almaq sahəsində problem yoxdur. Onsuz da şirkətlər bir ay qalmış sürücüləri bezdirir. Amma texniki baxışla bağlı məlum deyil.
Məsələn, təzə avtomobillər 4 ildən sonra texniki baxışdan keçir. Sürücü 4 il texniki baxışdan keçirilmə tarixini necə yadında saxlamalıdır? Yaxud iki ildən bir texniki baxışdan keçənlər bunu necə bilsin. Elə ildə bir dəfə texniki baxışdan keçənlər də bunu yadda saxlamaya bilər. Düşünürəm ki, yol polisi bununla bağlı bir addım atmalıdır ki, sürücülər çaş-baş qalmasın. Artıq sürücülər bununla bağlı şikayət edir ki, texniki baxışın vaxtı bitməyib, bundan xəbərsiz olmuşam və cərimə gəlib.
Qeyd edim ki, yol polisi Asanpay-da elektron kabineti olan sürücülərə bu məlumatı göndərir. Amma sürücülərin əksəriyyətinin bu kabineti yoxdur. Bəziləri isə qəsdən bunu etmir ki, cərimədən xəbəri olmasın. Amma işini asanlaşdıran insanlar bunu edir. Ucqar kəndlərdə yaşayan insanların isə bəlkə də bundan xəbəri yoxdur. Odur ki, bu sahədə maarifləndirmə işi aparılmalı, yaxud zəng mərkəzi, qısa nömrə yaradılmalıdır ki, sürücü ora SMS göndərsin və məlumat alsın. Əslində bu çox asan bir məsələdir. Mobil operatorlar ilə bunu asanlıqla həll etmək olar. Eybi yox 10 qəpik də pul çıxsın, amma bu mümkün olsun. Hansısa bir özəl şirkət bunu qura bilirsə dövlət orqanları da edə bilər.
Avtosfer.az-ın araşdırmalarından sonra məlum oldu ki, hazırda Maştağa qəsəbəsində yerləşən texniki baxış məntəqəsində sürücülər üçün qaynar xətt fəaliyyət göstərir. Kim öz avtomobilinin texniki baxışdan hansı tarixdə keçirməli olduğunu öyrənmək istəyirsə bu nömrəyə zəng edə bilər. 012 5110840

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

MUSHFiq 10 Sentyabr 2023 06:38
Texniki baxışın vaxtını bilmək istəyirəm
Zahir 8 Sentyabr 2023 16:20
Texniki baxs
Bəxtiyar 2 Oktyabr 2022 20:39
Texniki baxış
Məiş 28 Sentyabr 2022 21:54
Vaxt öyrenmek