Qarlı Bakı küçələrində yol polisi köməyə gəlir - VİDEO

Yol polisi 19 Fevral 2019 13:20 Oxunub 1377
Qarlı Bakı küçələrində yol polisi köməyə gəlir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi gücləndirilmiş iş rejiminə keçib

Bu gün Bakıda qar yağıb. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi də gücləndirilmiş iş rejiminə keçib. Avtosfer.az xəbər verir ki, səhər saatlarında yollarda hərəkət edən avtomobillərin bəzilərində problemlər yaranıb. Oxuculardan biri paytaxtın Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində çəkdiyi videonu göndərib. Görüntülərdə "Mercedes" markalı avtomobilin nasaz vəziyyətdə olması və yol polislərinin sürücüyə kömək etdiyi əks olunub. Onlar avtomobili itələyərək təhlükəsiz əraziyə çəkir və daha sonra problemi aradan qaldırmaq üçün sürücüyə yardım edirlər.

Həmin görüntüləri təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh