Astara sakinləri Lənkəranda yol qəzası törədib, yaralananlar var

Qəzalar 19 Fevral 2019 19:11 Oxunub 758
Astara sakinləri Lənkəranda yol qəzası törədib, yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Lənkəran rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Rahid Nail oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara rayonunun Siyəkü kənd sakini, 1987-ci il təvəllüdlü Fərid İsmayıl oğlu Nobatovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Mirzəyev Reanimasiya, F.Nobatov və "VAZ-2107"nin sərnişini Şiyəkəran kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Məmmədov isə Travmatologiya şöbəsinə yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh