Tovuzda yük maşını aşdı: yol qısamüddətli bağlanıb - FOTO

Qəzalar 19 Fevral 2019 19:53 Oxunub 785
Tovuzda yük maşını aşdı: yol qısamüddətli bağlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Tovuz-Qalaboyun avtomobil yolunda qeydə alınıb.  Belə ki, "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb və yük yerindəki mişar daşları yola dağılıb. Nəticədə 9 kəndi birləşdirən avtomobil yolu iki saata yaxın bağlı qalıb. Mişar daşları sakinlər tərəfindən kənara daşındıqdan, yük maşını isə qaldırıcı kranla götürüldükdən sonra yolu açmaq mümkün olub. Qəza zamanı sürücü özünü kabinədən atdığından ciddi xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh