Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı

Avtoxəbər 19 Fevral 2019 19:57 Oxunub 1103
Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanaya yerləşdirilib

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. 1979-cu ildə Şəki rayonunda anadan olmuş, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Zaur Kərim oğlu Mustafayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh