Qadınların sürücülük vəsiqələri kütləvi şəkildə yığılır

Gündəm 19 Fevral 2019 22:43 Oxunub 710
Qadınların sürücülük vəsiqələri kütləvi şəkildə yığılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin bu tədbirlərində məqsəd qadınları avtomobil idarə etməkdən daşındırmaqdır

Türkmənistanın paytaxtı Aşqabadda qadın sürücülər arasında kütləvi yoxlamalar aparılır. Zərif cinsin nümayəndələrindən sürücülük vəsiqələri müxtəlif bəhanərlərlə alınır. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Radio Azatlık” məlumat yayıb. Nəşrin məlumatına görə, bundan başqa, qadınların şəhərin müəyyən küçələrində avtomobil idarə etməsinə icazə verilmir. “Qadınların sükan arxasına əyləşməməsi üçün rəhbərlik bütün əməkdaşların avtomobillərini iş yerində qoymağı tapşırıb” - deyə nəşrin mənbəsi bildirib. “Xroniki Turkmenistana” isə xəbər verir ki, polisin bu tədbirlərində məqsəd qadınları avtomobil idarə etməkdən daşındırmaqdır. Bundan savayı, sərt ölçülər avtomobillərdən də yan keçmir. Belə ki, tünd rəngli maşınlar (sahibləri onları yenidən rənglətdirməlidir), həmçinin, “Moskviç” və “Jiquli” markalı köhnə avtomobillər cərimə meydançasına göndərilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh