Hövsanda acınacaqlı mənzərə - VİDEO

Gündəm 19 Fevral 2019 20:05 Oxunub 667
Hövsanda acınacaqlı mənzərə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, aldıqları cavab birmənalı olmayıb

Paytaxtın Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində artıq iki ildir, kanalizasiya sistemi işləmir. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində deyilir. Süjetdə qeyd edilir ki, yağış yağan kimi yolun bu vəziyyətə düşməsi həm sürücüləri, həm də ərazidə yaşayan sakinləri təngə gətirib. Sakinlər bildirirlər ki, vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, aldıqları cavab birmənalı olmayıb. Qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyev yolun bu vəziyyətdə olmasını yağış sularının axması üçün normal kanalizasiya xəttinin olmaması ilə əlaqələndirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh