Yer doğrudan da, yastıdır? - VİDEO

Maraqlı 19 Fevral 2019 22:35 Oxunub 1186
Yer doğrudan da, yastıdır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlər YouTube-da dezinformasiya ilə mübarizə aparmaq üçün özləri videoçarxlar çəkməlidirlər

İndi dünyada milyonlarla insan sidq-ürəkdən inanırlar ki, Yer kürə şəklində deyil, yastıdır. Alimlərin apardıqları araşdırmaların nəticələrinə görə, bu yanlış və absurd təsəvvürün yaranmasının başlıca səbəbi YouTube-dakı videolardır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, alimlər Yerin yastı olması nəzəriyyəsinin tərəfdarlarının iki konfransının iştirakçıları arasında rəy sorğusu keçiriblər. Bəlli olub ki, onlar arqument qismində YouTube-dakı videoları əsas gətirirlər. "YouTube-da faydalı məlumatlar yoxdur, lakin dezinformasiya da az deyil. Yerin yastı olmasına inam, əslində, heç də təhlükəli deyil. Lakin bu inam elmə və rəsmi strukturlara inamsızlıqdır", - araşdırma qruplarından birinə rəhbərlik etmiş alim, Texas Universitetinin professoru Eşli Landrum deyib. Onun sözlərinə görə, alimlər YouTube-da dezinformasiya ilə mübarizə aparmaq üçün özləri videoçarxlar çəkməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh