Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək

Gündəm 19 Fevral 2019 20:21 Oxunub 570
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolboyu 28 kilometrlik tunellər tam olaraq istifadəyə hazırdır

Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək və sərnişinlər bayram tətilində qatarla səyahət edə biləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın Nəqliyyat İnfrastrukturu Tikintisi şirkətinin icraçı direktoru Xeyrullah Xadimi deyib. Onun rəhbərlik etdiyi şirkət Qəzvin-Rəşt dəmir yolunun inşasını həyata keçirir.

X.Xadiminin sözlərinə görə, 205 kilometrlik dəmin yolunda 5 stansiya tikilib. Stansiyaların ikisində işlər yekunlaşmaq üzrədir. Yolboyu 28 kilometrlik tunellər tam olaraq istifadəyə hazırdır. Bundan başqa, 9 körpüdə də qatarların sınaq keçidi aparılıb və heç bir problem müşahidə edilməyib.

İcraçı direktor bildirib ki, martın 21-də İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Xatırladaq ki, Qəzvin-Rəşt dəmir yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas seqmentidir. Bu yol Astara şəhərinə qədər uzanaraq İranın ilə Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Azərbaycan ərazisi ilə tranzit olaraq Rusiya və Avropa ölkələrinə daşınacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh