Yol vermək üstündə dava: sürücülərdən biri döyüldü - VİDEO

Avtosfer TV 19 Fevral 2019 20:15 Oxunub 1389
Yol vermək üstündə dava: sürücülərdən biri döyüldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırma apararaq çox sayda şəxsi həbs edib

Türkiyənin Bursa vilayətində iki sürücü arasında yol vermək üstündə baş verən mübahisədə dəyənəklər işə düşüb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, sürücülərin mübahisə etdiyi anda, kənardan şəxsiyyətləri məlum olmayan 3 nəfər onlardan birinə hücum edib.

Dəyənək və yumruqla hücum çəkən şəxslər sürücünün sifətinə xəsarət yetiriblər.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis əməkdaşları gəlib.

Baş verən davanın görüntüləri bir qadın tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

Polis hadisə ilə bağlı araşdırma apararaq çox sayda şəxsi həbs edib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh