Texniki baxış talonu olan sürücülər də cərimələnə bilər - YENİLİYİN TƏFƏRRÜATI - VİDEO

Yazarlar 19 Fevral 2019 22:28 Oxunub 3161
Texniki baxış talonu olan sürücülər də cərimələnə bilər - YENİLİYİN TƏFƏRRÜATI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər texniki baxışla bağlı məlumatı necə dəqiqləşdirə bilərlər?

Avtomobilin üzərində "2019" yazılan texniki baxış talonu olsa belə, sürücülər texniki baxışa görə 40 manat cərimələnə bilərlər. Bunun olmaması üçün sürücü texniki baxışa nə vaxt yaxınlaşmalı olduğunu özü bilməlidir.

Amma əksər sürücülər bu məlumata sahib deyil. Bəs bunu haradan öyrənmək olar? Avtosfer.az-ın məlumatına görə, ötən illərdə verilmiş və avtomobilin alın şüşəsinə yapışdırılan talonlar qanunvericiliyin dəyişməsi ilə qanuni qüvvəsini itirib və orada göstərilən ayların da heç bir mənası qalmayıb. Qanunvericiliyə edilən dəyişikliklə sürücü istehsal müddəti 10 ili ötmüş avtomobilini ötən il hansı tarixdə texniki baxışdan keçiribsə, bu il də həmin tarixdə və ya maksimum 20 gün sonra müayinədən keçirməlidir. Yəni sürücü bu vaxtı ötürsə, hətta üzərində 2019 yazılan talonu olsa belə, hər an 40 manat cərimələnə bilər. Bunun olmaması üçün isə texniki baxışa nə vaxt yaxınlaşmalı olduğunu əvvəlcədən öyrənməlidir. Amma əksər sürücü bunu bilmir.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyevin sözlərinə görə, sürücü bunu ''ASAN Pay'' sistemindəki kabinetindən öyrənə bilər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, bu üsul yetərsizdir. Çünki əksər sürücülərin ''ASAN Pay'' kabineti yoxdur və buna görə əlavə məlumatlandırıcı tədbirlərə ehtiyac var.

Ərşad Hüseynovun sözlərinə görə, bu məlumatlar yol polisinin mərkəzi bazasında da mövcuddur. Ona görə sürücülər texniki baxışla bağlı məlumatı yol polisinin ekipajına və ya idarələrinə yaxınlaşaraq da dəqiqləşdirə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh