"Niva" və "VAZ-2107" markalı avtomobillər toqquşdu - 3 yaralı var

Qəzalar 20 Fevral 2019 00:01 Oxunub 1674
"Niva" və "VAZ-2107" markalı avtomobillər toqquşdu - 3 yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Astara sakinləri Lənkəranda yol qəzası törədib

Lənkəran rayonunda yol qəzası baş verib. Hdisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Rahid Nail oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara rayonunun Siyəkü kənd sakini, 1987-ci il təvəllüdlü Fərid İsmayıl oğlu Nobatovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Mirzəyev Reanimasiya, F.Nobatov və "VAZ-2107"nin sərnişini Şiyəkəran kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Məmmədov isə Travmatologiya şöbəsinə yerləşdirilib.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh