Qubada “Toyota” buzlu yolda aşdı - 2 nəfər xilas edildi

Qəzalar 20 Fevral 2019 00:45 Oxunub 1055
Qubada “Toyota” buzlu yolda aşdı - 2 nəfər xilas edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin təhlükəsiz əraziyə çıxarılması üçün tədbirlər həyata keçirilir

Quba rayonunun Təngəaltı kəndində “Toyota” markalı minik avtomobili qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşib. Avtosfer.az  FHN-ə istinadən xəbər verir ki, avtomobildə olan şəxslərin xilas olunması üçün nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən birgə tədbirlər nəticəsində avtomobildə olan 2 nəfər xilas olunub. Hazırda avtomobilin təhlükəsiz əraziyə çıxarılması üçün zəruri tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh