Rusiyada azərbaycanlılar xilas edildi - FOTO

Gündəm 20 Fevral 2019 00:51 Oxunub 1568
Rusiyada azərbaycanlılar xilas edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Soyuqdan donmamaları üçün yaxınlıqdakı kafelərdən birinə yerləşdiriliblər

Rusiyanın Saratov vilayətinin Xvalınsk rayonunda Azərbaycan vətəndaşları xilas edilib.  Chpsaratov.ru saytının məlumatına görə, Sızran-Saratov-Volqoqrad magistralının 107-ci kilometrliyində içərisində azərbaycanlıların da olduğu avtobusda nasazlıq yaranması ilə bağlı xilasetmə xidmətinə məlumat daxil olub. 

Vilayətin xüsusi xilasetmə qrupu aralarında 16 yaşlı yeniyetmənin də olduğu 8 azərbaycanlını avtobusdan təxliyyə edib və soyuqdan donmamaları üçün yaxınlıqdakı kafelərdən birinə yerləşdiriliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh