Tonlarla Azərbaycan tütünü Dağıstana buraxılmadı

Gündəm 20 Fevral 2019 08:05 Oxunub 770
Tonlarla Azərbaycan tütünü Dağıstana buraxılmadı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mallarda zərərli maddə aşkar edilib”

Dağıstanın Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiya ərazisinə 20 tona yaxın tütün məhsullarının keçirilməsinin qarşısını alıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, məhsul sahibləri inzibati məsuliyyətə cəlb edilib. "Rusiyanın Dağıstan ərazisindəki "Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində aparılan karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan gələn və tütün məhsulu daşıyan yük maşınına baxış keçiriblər. Laboratoriyada araşdırmalar zamanı mallarda zərərli maddə aşkar edilib”, - məlumatda bildirilib. Malların Azərbaycana qaytarılması ilə bağlı qərar qəbul olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh