Bakıda üç qəza, yaralılar var - VİDEO

Qəzalar 20 Fevral 2019 10:06 Oxunub 841
Bakıda üç qəza, yaralılar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç faktla bağlı araşdırma aparılır

Gecə saatlarında Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü piyada Bayramova Əzizə yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağırdır.

Analoji hadisə Bakının Qaradağ rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Eyvazlı Ədalət Hikmət oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən avtomobillə vurulub.

Yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Xəzər rayonu, Zirə qəsəbəsində də qəza qeydə alınıb. 1982-ci il təvəllüdlü  Hacıyev Samir Vaqif oğlu içkili vəziyyətdə maşını idarə edib və qəza törədib. Nəticədə, o, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Hər üç faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh