Yolumuzu kəsənlərdən necə yaxa qurtaraq? – AÇIQLAMA

Yazarlar 20 Fevral 2019 10:08 Oxunub 1291
Yolumuzu kəsənlərdən necə yaxa qurtaraq? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əslində, iki variantdan da eyni anda istifadə etmək daha səmərəli olardı”

Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində, eləcə də paytaxtın Ziya Bünyadov prospektində və hərəkətin intensiv olduğu digər yollarda sürücülər qarşıda sıxlıq olduğu üçün düz xəttin tələblərini tez-tez pozur. Belə ki, sürücülər kobud qayda pozuntusuna yol verərək həm digər hərəkət iştirakçılarına mane olaraq yolayrıcına daxil olur, həm də tıxac olan ərazidə sıxlığı bir az da artırır. Bunun qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır?

Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev məsələ ilə bağlı fikirlərini Oxu.az-la bölüşüb.

Ekspert düşünür ki, vəziyyətdən iki çıxış yolu var:

“Birincisi, yollara kameraların quraşdırılması və avtomatik şəkildə cərimələrin yazılmasıdır. Bu, kifayət qədər səmərəli çıxış yoludur.

İkincisi, bəzi yol hərəkətinin təşkili məsələsini dəyişdirmək olar ki, bu tip sürücülərin qarşısını almaq mümkün olsun. Misal üçün, bəzi yollarda rezin dirəklər və ya beton maneələr quraşdırılıb. Bununla yollardakı axınlar düzgün kanallaşdırıla bilər. Əslində, iki variantdan da eyni anda istifadə etmək daha səmərəli olardı”.

Ekspert əlavə edib ki, əsas çıxış yolu üçün mütəxəssislər tərəfindən araşdırma aparılmalıdır.

Qeyd edək ki, Sumqayıt-Bakı yolunun Bakı Beynəlxalq Avtovağzalı yaxınlığından keçən hissəsində bu kimi halların qarşısını almaq üçün bir müddət əvvəl iki kamera quraşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh