Metroda 58 yaşlı kişi öldü

Gündəm 20 Fevral 2019 10:11 Oxunub 628
Metroda 58 yaşlı kişi öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hidayət Ömərov ürəktutmadan vəfat edib

Bir neçə dəqiqə əvvəl Bakı metrosunda ölüm hadisəsi baş verib. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nəriman Nərimanov stansiyasında 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Hidayət Şaban oğlu qəfil özünü pis hiss edib.

Təcili Tibbi Yardım əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Hidayət Ömərov ürəktutmadan vəfat edib.

H.Ömərovun həyat yoldaşı və bacısı da yanında olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh