Dələduzluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Gündəm 20 Fevral 2019 10:29 Oxunub 544
Dələduzluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qəra əsasən, A.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.

Bundan başqa, A.Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) və 29, 312-ci (rüşvət verməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh