Sərhəddən qanunsuz keçərək külli miqdarda narkotik gətirən şəxs tutulub - FOTO

Gündəm 20 Fevral 2019 11:16 Oxunub 736
Sərhəddən qanunsuz keçərək külli miqdarda narkotik gətirən şəxs tutulub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra uğurlu əməliyyatlarlar keçirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Avtosfer.az-a DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, 7 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində həyata ke­çirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu­nun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qa­nuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr “heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olu­naraq götürül­üb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fevralın 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət apa­ran sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən sahildə kolluq­ların arasında gizlədilmiş halda 1 kq 85 qr “heroin” aşkarlanaraq götü­rülüb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh