Ölkənin avtomobil yollarındakı SON VƏZİYYƏT

Gündəm 20 Fevral 2019 11:25 Oxunub 816
Ölkənin avtomobil yollarındakı SON VƏZİYYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ölkə ərazisindəki avtomobil yollarının son vəziyyəti ilə bağlı məlumat yayıb. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, hazırda Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yolun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda səhər saatlarında buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.

Giləzi – Xızı avtomobil yolunda səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Qobustan avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu – Yevlax yolunda yağıntı yoxdur, səhər saatlarında yolun Ağsu dolaylarından keçən buzlaşmış hissələrə qum-duz səpimb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda yağntı yoxdur, səhər saatlarından başlayaraq yolun 14-16 km hissəsinə buzlaşmış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ-Oğuz – Şəki - Yağıntı yoxdur, səhər saatlarında yolun İsmayıllı-Qəbələ hissəsində buz bağlamış sahələrə qum-duz səpib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt – Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul – Ucar – Yevlax -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Şəki (Göybulaq) -Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Gəncə-Daşkəsən – Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır

Masallı – Yardımlı - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik -Yağıntı yoxdur, səhər saatlarında hava dumanlı olub, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh