Avtomobili park edən “kor” sürücü - FOTO

Avtosfer Foto 20 Fevral 2019 11:52 Oxunub 1512
Avtomobili park edən “kor” sürücü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təəssüf ki, bu cür sürücülər az deyil

Düzü “kor sürücü” ifadəsi yəqin sizə də qəribə gəldi. Əslində “kor” ifadəsini gözdən əlil kimi istifadə edirlər. Amma həqiqətən görmə qabiliyyətini itirmiş şəxslərə aiddir. Bu sürücülər isə sözün həqiqi mənasında kordur. Çünki təqdim edəcəyimiz fotoları görəndə siz də başqa ad tapa bilməyəcəksiniz.

Bəzən sürücülər avtomobili park etməyə yer tapmayanda digərinin qarşısında saxlayır. Əlbəttə, geniş park yerlərində bu mümkündür. Amma digər sürücünün də çıxması üçün yer qoymaq vacibdir. Buna şərait yoxdursa, saxlamaq isə o qədər vacibdir ki, başqa yolu yoxdur, bunun da çarəsi var. Sürücülər arasında olan “anlaşma” buna imkan verir. Ən azından avtomobilin üzərinə mobil nömrə qoymaq lazımdır ki, digər sürücü saatlarla səni gözləməsin. Bunu da etməyən biri varsa o zaman ətrafı görmədiyi qənaətindən başqa heç nə ağıla gəlmir.

Avtosfer.az-ın oxucularından biri ünvanımıza fotolar göndərib. Şəkillərdə 68 BB 377 dövlət nömrə nişanlı avtomobil elə park edib ki, digər maşınlar çıxa bilmirlər. Üzərində hər hansı əlaqə nömrəsi belə qoymayan sürücü deyəsən ya “kordur”, ya da özündən başqa heç kimi görmək istəmir.

Burada ən azı məsuliyyət məsələsi önə çıxır. Təəssüf ki, bu cür sürücülər az deyil.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh