4 il əvvəl vəfat etmiş şəxsin adına radar cəriməsi gəlib - FOTO

Xəbərlər 20 Fevral 2019 10:28 Oxunub 2589
4 il əvvəl vəfat etmiş şəxsin adına radar cəriməsi gəlib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsələ ilə əlaqədar araşdırma aparılır

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib. Avtosfer.az-ın xəbərinə görə, elektron qərarda göstərilir ki, guya Mirzəquluzadə Elxan Balağa oğlu bu il yanvar ayının 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində “Nissan Patrol” markalı avtomobillə radara düşərək 50 manat məbləğində cərimələnib. Qərarda iddia olunur ki, guya E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.

Mərhumun həyat yoldaşı Zakirə Zakirqızı “Report”a bildirib ki, cərimə ilə bağlı yaşadıqları evə məktub gəlib: “Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim “Nissan Patrol” markalı avtomobilimiz də olmayıb. Hazırda yol polisini məhkəməyə verməyi düşünürəm”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyev isə açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi qiymət veriləcək.

  ANA SƏHİFƏSİYASƏTİQTİSADİYYATBANKŞOU-BİZNESSOSİALKRİMİNALMARAQLIMƏDƏNİYYƏTTURİZMSAĞLAMLIQTEXNOLOGİYALAYİHƏMÜSAHİBƏBÜRCLƏRHAVAİDMAN 2019.02.20 11:47 |A A A Paylaş BDYP dörd il əvvəl dünyasını dəyişən şəxsin adına cərimə məktubu göndərdi Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) 4 il bundan əvvəl dünyasını dəyişmiş şəxsin adına bu ilin fevral ayının 1-də cərimə yazıb. Bu barədə Movqe.az-a dünyasını dəyişmiş şəxsin həyat yoldaşı, jurnalist Zakirə Zakirqızı məlumat verib. Jurnalist bildirib ki, dünən həyat yoldaşı Elxanın adına BDYP-dən məktub gəlib: " Məktubda bildirilib ki, mənim həyat yoldaşım bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi NİSSAN PATROL maşını texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kimin üçünsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür. Birdən bu maşın kimisə vurub, öldürdü... Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?" Movqe.az məsələyə aydınlıq gətirmək məqsədilə DYPİ ilə əlaqə saxlayıb. DYPİ-dən bildiriblər ki, bu məktubla bağlı vətəndaş DYPİ-ə müraciət etməklə məsələyə aydınlıq gətirilə bilər.  Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Movqe.az-a bildirib ki, bu bir halda mümkündür ki, rəhmətə gedən şəxsin o avtomobil üzərində nə vaxtsa sahiblik hüququ olsun: " Bəlkə də həmin şəxsin baş etibarnamə ilə bağlı hüququ olub, kiməsə idarəetmə ilə bağlı sənəd verib. Belə halda birinci sahiblik hüququ kimdədirsə, cərimə də onun adına gələ bilər. Avtomobilin cəriməsinin dünyasını dəyişmiş şəxsə göndərilməsi  texniki səhv də ola bilər. O şəxsin həyat yoldaşı DYPİ-nin qaynar xəttinə "902" nömrəsinə və dyp.gov.az saytına elektron məktub yazıb avtomobilin nömrəsini göstərməklə problemi bildirə bilər. Belə halda səhv avtomotik olaraq sistemdə düzəldilir".

E.Muradlı dünyasını dəyişən şəxsə cərimənin göndərilməsi məsələsininin vətəndaşların ölümü barədə qeydiyyat aparan qurumun DYP-yə bu barədə məlumat verməməsi ilə bağlı olduğunu söylədi.   

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh