38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb - Sumqayıtda

Gündəm 20 Fevral 2019 12:39 Oxunub 585
38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh