Gecələr ölümə aparan yollarımız - niyə işıqlandırılmır?

Yazarlar 20 Fevral 2019 12:50 Oxunub 1476
Gecələr ölümə aparan yollarımız - niyə işıqlandırılmır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stasionar işıqlandırma təhlükəsizlik üçün çox vacibdir

Küçə və yollarımızda gecə vaxtı süni işıqlandırmanın olmamsının yol hərəkəti üçün çox ciddi təhlükə olduğu barədə çox danışmışıq. Amma hələ ki, bu işlə əsaslı məşğul olunduğu görünmür.
1980-ci illərdə ucqar dağ kəndlərinin küçələrinə də işıqlandırma dirəkləri qoyulmuşdu və kəndin asfaltsız ara yolları işıqlandırılırdı (o dirəklərdən bəziləri indi də salamatdır, amma işıqsız qalıb). Rəsmi məlumatlara görə, hazırda ölkəmizdə  elektrik enerjisi tələbatdan da artıqdır, hətta ixrac olunur. Belə olan halda hətta paytaxtın küçə və yollarının işıqlandırılmamsı ciddi narahatçılıq doğurur.
Xatırladıram ki, qüvvədə olan qanunvericilikdə yaşayış məntəqəsi ərazisində bütün yolların stasionar işıqlandırılması, habelə yaşayış məntəqəsindən kənar yerlərdə də mövcud elektrik paylayıcı şəbəkəsindən istifadə etmək mümkün olduqda böyük körpülər, avtobus dayanacaqları, I və II dərəcəli yolların bir-biri ilə və dəmir yolu ilə kəsişdiyi sahələr, bunlara yanaşmalar ən azı 250 metr məsafədə işıqlandırılmalıdır.
Hətta bu tələb bü gün üçün köhnəlmiş sayılmalıdır. Məlumdur ki, yaşayış məntəqələrindən kənar respublika əhəmiyyətli yollarımızın demək olar ki, hamısında gecə vaxtları da intensiz hərəkət olur. Belə şəraitdə həmin yolların hər yerində daimi stasionar işıqlandırma təhlükəsizlik üçün çox vacibdir.

Ərşad Hüseynov

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh