Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub

Gündəm 20 Fevral 2019 13:12 Oxunub 530
Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Məlum olub ki, M.Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh