“Buta Airways”in təyyarəsi Ankaraya məcburi eniş edib

Gündəm 20 Fevral 2019 13:18 Oxunub 641
“Buta Airways”in təyyarəsi Ankaraya məcburi eniş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin Bakı-İstanbul aviareysini yerinə yetirən təyyarəsi Ankaraya məcburi eniş edib. Avtosfer.az xəbər verir ki, AZAL-dan “Report”a verilən məlumata görə, İstanbulun Sabiha Gökçen Hava Limanında (SAW) güclü duman ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa Hava Limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh