İmişlidə "Mercedes" piyadanı vurub öldürdü

Qəzalar 20 Fevral 2019 13:34 Oxunub 775
İmişlidə "Mercedes" piyadanı vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadənməlumatına görə, fevralın 19-da İmişli rayonunun Qaralar kəndindən İmişli şəhəri istiqamətində hərəkət edən 1969-cu il təvəllüdlü, imişli şəhər sakini Bəylərov Teyyub Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə İmişli sakini Sarıyev Müsaməddin Hüseyn oğlunu vurub.

Yaralı ağır bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Məlumat əsasında hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, meyitin müayinəsi keçirilərək ölümün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh