Parkinqə pul ödəməyən sürücünü döydülər – VİDEO

Avtosfer TV 20 Fevral 2019 18:25 Oxunub 1863
Parkinqə pul ödəməyən sürücünü döydülər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tərəflər vətəndaşların köməkliyi ilə sakitləşdiriliblər

Avtodayanacaqdan çıxan, yanında qız dostu olan sürücü pul ödəmədiyinə görə döyülüb. Hadisə Türkiyənin Kahramanmaraş vilayətində baş verib.

Avtosfer.az xəbər verir ki, həmin anlar bir vətəndaş tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

İddiaya görə, qara bir cipin sürücüsü avtodayanacaqdan çıxarkən dayanacaq pulunu ödəməyib. Bu səbəbdən də dayanacaq işçisi qaçaraq, hərəkətdə olan avtomobilin sürücüsünə yumuruq atıb.

Sürücü yolun ortasında maşını dayandıraraq aşağı enib. Aşağı enər-enməz işçi ona yenidən hücum çəkib. Ətrafdakılar dava edən şəxsləri ayırmağa çalışıblar. Sürücünün yanında olan qadın isə, “Necə önümüzü kəsə bilirsiz? Hamınız birdən uşağın üstünə atılmısınız. Bir dəqiqə mən bu işi həll edəcəm” - deyə qışqırıb.

Tərəflər vətəndaşların köməkliyi ilə sakitləşdiriliblər.

Adı məlum olmayan sürücü və qadın avtomobilə minərək ərazidən uzaqlaşıblar.

Avtosfer.az İHA-ya istinadən baş verən davanın videosunu təqdim edir:

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh