Kompüter oyunları zalından oğurluq olub - FOTO

Gündəm 20 Fevral 2019 19:28 Oxunub 786
Kompüter oyunları zalından oğurluq olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi balanılıb. İstintaq aparılır

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə A.Şərifzadə küçəsindəki kompüter oyunları zallarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, fevralın 9-da günorta saatlarında həmin oyun zalına gəlmiş 2 gənc oyun kabinetlərindən birini rezerv ediblər. Bir neçə saat oyun oynayan gənclər müxtəlif yeməklər və enerji içkiləri də sifariş veriblər. Saat 17 radələrində oradakı 750 manat dəyərində “playstation” aparatını və 120 manat dəyərində orijinal oyun diskini geyimlərinin içində gizlətməklə oğurlayaraq zaldan qaçıblar.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakini Nahid Mənsimov və Biləsuvar rayon sakini Tural Quluzadə olduqları müəyyən edilib. Oğurlanmış “playstation” aparatı və disk maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi balanılıb. İstintaq aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh