Bakıda bu yolda gedişhaqqı 80 qəpikdir - Açıqlama

Gündəm 20 Fevral 2019 19:55 Oxunub 864
Bakıda bu yolda gedişhaqqı 80 qəpikdir - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Kimsə hansısa xətdən birinci dəfə istifadə edir, qiyməti yüksək görür və bundan təəccüblənib”

Sosial şəbəkələrdə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Zirə qəsəbəsinə kimi fəaliyyət göstərən 187 nömrəli avtobusda gedişhaqqının 80 qəpik olması barədə xəbər vətəndaşlar tərəfindən təəccüblə qarşılanıb. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sözügedən avtobusda gedişhaqqı Tarif Şurasının qərarına əsasən tənzimlənib: “Kimsə hansısa xətdən birinci dəfə istifadə edir, qiyməti yüksək görür və bundan təəccüblənib, şou yaradır. Sonradan da onun yazdığı əsasında doğru olmayan yöndə ictimai rəy formalaşır. 187 nömrəli avtobus xəttində qiymət 80 qəpikdir. Bu, Tarif Şurasının qərarı ilə tənzimlənib. Ara dayanacaqlarda isə qiymət fərqlidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh