Bakıda gənc doğum günündə qəza törətdi - VİDEO

Qəzalar 21 Fevral 2019 09:57 Oxunub 822
Bakıda gənc doğum günündə qəza törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, 1980-cı il təvəllüdlü Əhmədov Dunay Oruc oğlu yolu keçmək istəyərkən, 1996-cı il təvəllüdlü sürücü Məmmədov Ramil Vəliyyəddin oğlu tərəfindən avtomobillə vurulub.

Qeyd edilir ki, Dunay Əhmədov avtomobilinin yanacağı bitdiyindən onu yol kənarında saxlayıb, yolu keçib, yanacaqdoldurma məntəqəsindən yanacaq alıb. Geri qayıtmaq istəyəndə isə onu maşın vurub.

Sürücü piyadanı öz avtomobili ilə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. D.Əhmədova kəllə-beyin travması, çənə və burun sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

R.Məmmədovun dediyinə görə, bu gün onun doğum günüdür, 23 yaşı tamam olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh